"Məni candan usandırdı,cəfadan yar usanmazmı?" adlı ədəbi-bədii kompozisiya

    2024-cü ildə Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 530 ili tamam olur. Məhəmməd Füzuli Azərbaycan ədəbi-bədii fikrinin inkişafında müstəsna yer tutan, Yaxın və Orta Şərq ölkələri ədəbiyyatına mühüm təsir göstərən qüdrətli sənətkardır. Azərbaycan ədəbiyyatınln iftixarı olan şair Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin 25 yanvar 2024-cü il tarixli sərəncamını əsas tutaraq 24.04.2024-cü il tarixdə məktəbin akt zalında "Məni candan usandırdı,cəfadan yar usanmazmı?" adlı ədəbi-bədii kompozisiya təşkil edildi. Şagirdlər şairin qəzəllərini söylədilər. 11_A sinif şagirdi Ələkbərov Yusif "Füzuli kantantasını" ifa etdi. Şagirdlərin təqdimatında səhnələşdirilən "Leyli və Məcnun","Meyvələrin söhbəti" əsərlərindən parçalar hamının marağına səbəb oldu. Sonda məktəbin direktoru Sevinc Hüseynova Məhəmməd Füzulinin Azərbaycan ədəbiyyatında qoyduğu mədəni irsindən,şagirdlərin maraqlı çıxışlarından danışdı və tədbirin təşkilində əməyi olan hər kəsə öz təşəkkürünü bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi