Yaşıl layihə çərçivəsində "Canlılara qulluq" adlı kreativ dərs
"Yaşıl dünya naminnə həmrəylik ili" çərçivəsində Tədbirlər Planına uyğun olaraq şagirdlərin maarifləndirilməsi, onların ekoloji biliklərinin artırılması, istedadlı və yaradıcı uşaqların aşkara çıxarılması, müəllim-şagird, şagird-şagird əməkdaşlığının inkişafı, ətraf mühitin və ekologiyanın mühafizəsi, təbii sərvətlərin qorunması kimi tədbirlər həyata keçirilir. Bu məqsədlə məktəbin 5_F sinif şagirdləri özləri hazırladıqları quş yuvalarını məktəbin həyətyanı sahəsində olan ağaclara asdılar. Bu işdə uşaqlara biologiya müəllimi Nüşabə Rzayeva böyük dəstək oldu.