Erkən nikahlarla bağlı maarifləndirici söhbət
Erkən yaşda nikaha daxil olma sosial problem kimi ölkəmizdə aktuallıq kəsb edən məsələlərdən biridir. BMT-nin Uşaq Fondunun təklifi ilə Azərbaycan qanunvericiliyində 2011-ci ildən qadınlar üçün nikah yaşı 17-dən 18-ə qaldırılıb. Lakin hələ də yuxarı siniflərdə təhsil alan qız uşaqlarının təhsildən yayınması, erkən yaşda ailə qurmağa məcbur edilməsi hallarına rast gəlinir. Belə nikahlar isə sonradan müxtəlif ciddi fəsadlar yaradır.
Erkən nikanların qarşısının alınmasında maarifləndirmə işlərinin aparılmasının böyük əhəmiyyəti vardır. Bu baxımdan məktəbində üzərinə böyük iş düşür.
Məktəbin psixoloqları Omarova Ruhiyyə,Əliyeva Günay yuxarı sinif şagirdləri ilə "Erkən nikah nədir və onun fəsadları" mövzusunda açıq dərslər keçirmişdir. Psixoloqlar şagirdlərə erkən nikahın fəsadlarını geniş izah etmiş, bildirmişdir ki, erkən nikahlarda fiziki və psixoloji cəhətdən hazır olmadan çox erkən hamiləlik baş verir, ana və uşaq ölümlərinin sayı artır, yeniyetmələrdə pepreduktiv sağlamlıqla bağlı problemlər yaşanır. Ümumiyyətlə erkən nikahın fəsadları olduqca çoxdur-ilk öncə erkən nikahın qeyri-qanuni olması, üstəlik çoxsaylı psixoloji, tibbi, iqtisadi fəsadlar bu tip nigahın əleyhinə işləyir. Açıq dərslərdə bu mövzuda video çarxlar və təqdimatlar nümayiş etdirilmiş, şagirdlərlə diskussiya aparılmışdır.