Məktəb kollektivi ilə növbəti iclas keçirildi
Məktəb rəhbərliyi tərəfindən növbəti iclas keçirildi. İclasda məktəb rəhbərliyi və müəllim kollektivi iştirak edirdi. Fəaliyyət Planına uyğun olaraq ilk öncə məktəbdə təhlükəsizliklə bağlı tədbirlərin gücləndirilməsi məsələləri,XI siniflərdə keçirilən buraxılış imtahanlarına,IX siniflərdə keçiriləcək buraxılış imtahanlarına və siniflər üzrə aparılmış monitorinqlərə aid məsələlər müəllimlərlə birlikdə müzakirə olundu. Bu məsələlərlə yanaşı, valideyn məsuliyyətinin artırılması, məktəbdə uşaqların təhlükəsizlik təminatı, sağlam psixoloji mühitin təşkili ilə bağlı tövsiyələr və qərarlar verildi.