Suraxanıda “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda konfrans keçirilib
Aprelin 5-də Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü, Suraxanı rayon İcra Hakimiyyətinin təşkilatçılığı və Suraxanı Rayon Heydər Əliyev Mərkəzinin dəstəyi ilə “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda məqalə-yazı müsabiqəsinin rayon mərhələsinin yekunlarına həsr olunmuş elmi-praktik konfrans keçirilib.
Suraxanı Rayonu Heydər Əliyev Mərkəzində baş tutan konfransda Bakı Şəhər İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov, Rayon İcra Hakimiyyəti başçısının müavini Könül xanım Axundova, rayonun təhsil müəsissələrinin rəhbərləri, məktəblilər iştirak ediblər.
Tədbirdə giriş sözü ilə çıxış edən rayon İcra Hakimiyyəti başçısının müavini Könül xanım Axundova qeyd edib ki, Ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunan bu müsabiqədə şagirdlər mövzuları araşdırmaqla tarix biliklərini yeniləyərək Azərbaycan tarixinin dərin köklərə malik olduğuna şahid olurlar. Həmçinin Müasir Azərbaycan tarixinə dərin iz qoymuş 2-ci Qarabağ müharibəsini, xalqımızın böyük qələbəsini və Müzəffər Ali Baş Komandanın yüksək peşəkarlığı və dəqiqliyi ilə torpaqlarımızın işğaldan azad olunmasının bütün nüanslarını dərindən öyrənirlər. Həmçinin, məqalə-yazı müsabiqəsinin mərhələləri barədə geniş məlumat verən K.Axundova bildirib ki, müsabiqənin ilkin mərhələsi rayon ərazisində fəaliyyət göstərən 36 məktəbin iştirakı ilə təxminən 2 həftə ərzində 478 şagird məqalə hazırlamışdır. Həmin məqalələri 10 nəfər tarix müəllimindən ibarət komissiya tam konfidensiallıq və şəffaflıq qorunaraq yoxlamışdır. Yoxlama nəticəsində 1-ci mərhələ üzrə ən yaxşı 25 yazı seçilərək şagirdlər dinlənilmiş, 2-ci mərhələ üzrə isə 11 şagird rayon mərhələsinə keçirilmişdir.Onların içində məktəbin 8b sinif şagirdi Panəlili Elmir də yer almışdır.
Sonda keçirilən referat müsabiqəsinin rayon mərhələsində Elmir uğurlu çıxışı ilə fərqlənərək rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif olunub və mükafatlandırılıb.