"Aprel döyüşlərı, böyük zəfərin başlanğıcı,,adlı nümunəvi dərs

    Aprel döyüşləri, Aprel müharibəsi və ya Dördgünlük müharibə — 2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin Qondarma Dağlıq Qarabağ Respublikasının hərbi birləşmələri arasında baş vermiş hərbi münaqişədir. Aprel döyüşləri Dağlıq Qarabağda 1994-cü ildə atəşkəs haqqında saziş imzalandıqdan bəri ən şiddətli döyüşlər idi. Döyüşlər Azərbaycan Silahlı Qüvvələrinin qələbəsi ilə nəticələnmiş, Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələ təpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar kəndi və Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində yollar düşməndən azad olunmuşdur.

    02.04.2024 cü il tarixində məktəbin məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçısı Vəfa Sarıyeva və ibtidai sinif müəllimi Laminə Əmirzadənin birgə iştirakı ilə məktəbdə "Aprel döyüşlərı, böyük zəfərin başlanğıcı,,adlı nümunəvi dərs keçirildi. Tədbirdə əvvəlcə aprel şəhidlərimiz bir dəqiqəlik sükutla yad edilib,sonra şagirdlərə aprel hadisələri barədə məlumat verilib.

#apreldöyüşləri

#şəhidlərimizəehtiramla

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi