2 Aprel-Beynəlxalq Uşaq Kitabı Günüdür
Məktəbimizin kitabxanasında Beynəlxalq Uşaq Kitabı Günü münasibətilə tədbir keçirildi.Tədbirdə kitabxanaçı Ağayeva Bənövşə mütaliənin həyatımızdakı rolu haqqında danışdı. O, Beynəlxalq Uşaq Gününun yaranması haqqında məlumat verdi. Bu gün dünyada Beynəlxalq Uşaq Kitabı Günü kimi qeyd olunur.1805-ci il aprelin 2-də uşaq ədəbiyyatının inkişafında əvəzsiz rolu olan danimarkalı yazıçı Hans Xristian Andersen anadan olub. 1967-ci ildən etibarən yazıçının doğum günü Uşaq Kitabları üzrə Beynəlxalq Şuranın təşəbbüsü ilə bütün dünyada Beynəlxalq Uşaq Kitabı Günü kimi qeyd olunmağa başlayıb.Daha sonra ibtidai sinif şagirdləri kitab haqqında şeirlər,hikmətli sözlər,tapmacalar,aforizmlər söylədilər.Həmçinin kağızın yaranması,kitabın onlar üçün asudə vaxtlarının səmərəli keçirilməsi,daha cox söz ehtiyatına sahib olması baxımından faydalı olduğunu qeyd etdilər.Bu günün keçirilməsində əsas məqsəd uşaqların intellektual inkişafında kitabın rolunu artırmaq, kitaba sevgi aşılamaqdır.