“Bütöv Azərbaycana ilk bahar gəlir” adlı bayram festivalı

    “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “Bütöv Azərbaycana ilk bahar gəlir” adlı bayram festivalı keçirildi. Məktəbimiz bu festivalda böyük fəxrlə "Qarabağ" bölgəsini təmsil edirdi. Novruz adət-ənənələrini canlandıran və Qarabağı tərənnüm edən guşələrə baxış keçirildi. Məktəbin direktoru Sevinc Hüseynova çıxış edərək festival iştirakçılarını xalqımızın milli bayramı olan Novruz münasibətilə ürəkdən təbrik edib, firavanlıq və xoş günlər arzuladı. Bildirdi ki, digər illərdən fərqli olaraq bu il Novruz bayramı ərazilərinin tam suverenliyinə nail olmuş Azərbaycanda qeyd edilir. Uzun illər sonra bütöv Azərbaycanın Novruzu qeyd etməsini Ali Baş Komandan İlham Əliyevin böyük sərkərdəlik məharətinə, güclü iradəsinə və qətiyyətinə, müzəffər və yenilməz ordumuzun şücaətinə borcluyuq.

  “Dəyərlərimizi qoruyaq!” layihəsi çərçivəsində təşkil olunan “Bütöv Azərbaycana ilk bahar gəlir” adlı bayram festivalı milli-mənəvi dəyərlərimizə, tariximizə, köklərimizə nə qədər bağlı olmağımızın bariz nümunəsidir.

#BŞTİ

#278məktəb

#dəyərlərimiziqoruyaq

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi