İdman həftəsi çərçivəsində rəsm müsabiqəsi
Təhsil Nazirliyi təhsilalanların sağlamlıqlarının möhkəmləndirilməsi, fiziki inkişafının təmin edilməsi, onlarda müsbət emosiyalarının dayanıqlı olması, idman və bədən tərbiyəsinin inkişafı, bu sahədə kütləviliyin təmin edilməsi istiqamətində davamlı və məqsədyönlü işlər aparır. Buna müvafiq, şagirdlərin idmana olan marağının artırılması, sağlam həyat tərzinin təbliği məqsədilə “5 mart - Bədən Tərbiyəsi və İdman Günü” ərəfəsində 1 – 7 mart 2024-cü il tarixində ümumtəhsil müəssisələrində idman həftəsinin keçirilir. Layihə çərçivəsində məktəblilərin iştirakı ilə gündəlik gimnastik hərəkətlər, maarifləndirmə, müsabiqələr, yarışlar, görüşlər, mükafatlandırma və digər tədbirlərin təşkili nəzərdə tutulur. "İdman həftəsi" layihəsinin proqramına uyğun olaraq rəsm müsabiqəsi keçirilmiş və şagirdlərin əl işləri nümayiş olunmuşdur.