"Salam,Xocalı biz qayıtmışıq" adlı ədəbi bədii kompozisiya

    Fevralın 23-də  məktəbin Fəaliyyət planına uyğun olaraq Xocalı faciəsi"nin otuz ikinci ildönümünə həsr olunan "Xocalıya qayıtmışıq" adlı ədəbi bədii kompozisiya təşkil edildi. Tədbirdə məktəb rəhbərliyi,müəllimlər,şagirdlər iştirak edirdi. Azərbaycanın Dövlət Himni səsləndirildikdən sonra faciə qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra şagirdlər faciənin bütün dərinliklərini özündə əks etdirən şeirlər səsləndirdilər. Şagirdlərimiz göz yaşları ilə səsləndirdikləri şeirləri,yaşayaraq yaratdıqları səhnəcikləri tədbir iştirakçılarında dərin hisslər oyatdı. Tədbir gənc nəslə Azərbaycan tarixi haqqında həqiqətləri çatdırmaq, tarixi hadisələrə düzgün rəy vermək bacarığı formalaşdırmaq, onlarda vətənpərvərlik ruhunu yüksəltmək milli qürur, milli iftixar hissini aşılamaq məqsədilə keçirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi