Məktəbdə "Beynəlxalq Ana dili Günü"

    Məktəbdə 21 Fevral-Beynəlxalq Ana Dili Günü ilə əlaqədar tədbir keçirildi. Beynəlxalq Ana Dili Gününün qeyd edilməsində əsas məqsəd Azərbaycan dilinin tarixi inkişaf mərhələləri, rəngarəngliyi barədə şagirdlərə dolğun məlumat vermək, doğma dilimizin saflığının qorunaraq gələcək nəsillərə olduğu kimi ötürülməsinə nail olmaq, gələcəyimiz olan uşaqlara dilimizə sevgi və hörmət hissini aşılamaqdan ibarətdir. 

    Tədbirdə çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı uğurlu siyasətdə ana dilinin qorunması və zənginləşdirilməsi məsələlərinin həmişə önəmli yer tutduğunu qeyd etdilər. Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi  Rüstəmova Cəmilə və kitabxana müdiri Ağayeva Bənövşənin rəhbərliyi altında 7_a və 9_a sinif şagirdlərinin iştirakı ilə keçirilən tədbirdə Azərbaycan dilinin inkişafına həsr olunmuş videoçarxlar nümayiş etdirildi, ana dilimizə həsr edilən şeirlər, mahnılar söylənildi, "Vaqif" dramından və "Xurşudbanu Natəvan" pyesindən bir neçə hissə səhnələşdirildi. 3_c sinif şagirdlərinin rəqsi tədbirə daha da maraq qatdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi