“Xocalısız 25 – il” mövzusunda rəsm müsabiqəsi

Məktəbimizdə 17 fevral 2017-ci il tarixində Xocalı faciəsinin 25 – ci ildönümünə həsr olunan “Xocalısız 25 – il” mövzusunda rəsm müsabiqəsi keçirildi. Müsabiqədə yuxarı sinif şagirdləri iştirak etdilər. Təqdim olunan rəsm əsərlərində Xocalı faciəsinin dəhşətli səhnələri öz əksini tapmışdır. Yağlı və sulu boya ilə çəkilən rəsmlərdə düşmənin amansızlığı, qəddarlığı canlandırılmışdır. Şagirdlərin bu faciə haqqında təsəvvürləri, gələcəyə ümidləri də əks etdirilmişdi.Müsabiqədə 7d sinif şagirdi Məhərrəmzadə Kənan, Ağazadə Aysun, 9c sinif şagirdi Rüstəmova Zəhra, 4ç sinif şagirdi Nuruzadə Elnur, 5d sinif şagirdi Quliyev Emilin rəsm əsərləri bəyənildi və mükafata layiq görüldü.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi