Sağlam və səmərəli təhsil mühiti ilə bağlı məsələlər Pedaqoji Şura iclasında müzakirəyə çıxarıldı
Məktəbin müəllim və valideyn ictimaiyyətinin iştirakı ilə növbəti Pedaqoji Şura keçirildi. Şurada birinci yarımilin yekunlarına dair təlim-tərbiyə işləri üzrə direktor müavinlərinin,məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçının,psixoloqların,UBTR-nin,sinif rəhbərlərinin hesabatları dinlənildi. Pedaqoji şura iclasında məktəbdə təhlükəsizliyin təminatı və sağlam mənəvi-psixoloji mühitin formalaşmasına diqqətin artırılması, təhsilalanlar arasında risk qrupuna daxil olanların müəyyənləşdirilməsi və məktəb psixoloqunun onlarla apardığı sistemli işin gücləndirilməsi, məktəb-valideyn əməkdaşlığının genişləndirilməsinin əhəmiyyətindən danışıldı.
Məktəbin təhlükəsizliyi, şagirdlərin təhlükəsiz şəraitdə təhsil alması, məktəbə kənar şəxslərin buraxılmaması rəhbərlik tərəfindən pedoqoji heyətə çatdırıldı. Müəllim və valideynlər qarşısında qoyulan yeni vəzifələr, şagirdlərə qarşı diqqətin artırılması, psixoloji maarifləndirmənin gücləndirilməsi, sinif rəhbərlərinin nəzarəti gücləndirməsi,kimi məsələlər müzakirə edildi və bu istiqamətdə müxtəlif qərarlar qəbul edildi. Qəbul edilən qərarlardan biri də şagirdlərin tərbiyəsində vahid tələbləri müəyyən etmək və onun səmərəliliyini artırmaq ,ailənin, məktəbin əlaqələrini möhkəmləndirməyə, şagirdlər və valideynlər arasında pedaqoji və psixoloji biliklərin təbliğinə, valideyn məktəb arasında əlaqələrin operativliyini təmin etməyə kömək məqsədilə məktəbin fəal valideynlərindən Sevinc Niftəliyeva valideyn komitəsinin sədri seçildi.
Eyni zamanda şagird davamiyyəti, dərsə gecikmə, şagirdlərin məktəbli formalarına ,tənəffüsdən sonra dərsə gecikmə hallarının qarşısının alınması, etik davranış qaydalarına riayət olunması kimi aktual məsələlər istiqamətində də müzakirələr aparıldı və tövsiyələr verildi.
Sonda 2 Fevral Azərbaycan Gəncləri Günü münasibətilə məktəbin ictimai işlərində fərqlənən gənc müəllimləri Fəxri Fərmanlarla təltif olundular.