Məktəbdə Böyük Summativ Qiymətləndirmələr keçirilir
Böyük summativ qiymətləndirmələr Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin "Məktəbdaxili qiymətləndirmənin təşkilinə dair tövsiyələr"lə bağlı 15.09.2021-ci il tarixli, 03-08-681/13 nömrəli təlimati məktubuna (məktuba əlavə olunur) əsasən təşkil olunur. Qiymətləndirmə vasitələri məktəb rəhbərliyi və metodbirləşmə rəhbərləri tərəfindən təsdiq olunaraq şagirdlərə təqdim edilir. Şagirdlərin I yarımil üzrə bilik və bacarıqlarının qiymətləndirilməsi məqsədilə mərkəzləşdirilmiş qaydada BSQ keçirilir.