"Dünya Azərbaycanlılarının birliyi əbədidir"

    Məktəbdə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə musiqili-əyləncəli tədbir keçirilmişdir. Məktəbin pedaqoji kollektivi, şagird və valideynlərin iştirak ilə keçirilən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edildi. Tədbir məktəbin ingilis dili müəllimlərinin -Səbinə Fərzəliyeva,Nərminə Allahverdiyeva,Xanım İsayevanın rəhbərliyi ilə məktəbin rus bölməsində təhsil alan şagirdlərinin iştirakı ilə hazırlanmışdı. İngilis dilində hazırlanan musiqili-əyləncəli tədbirdə Azərbaycanın məşhur filmi "O olmasın,bu olsun"-dan səhnəcik təqdim edildi. Tədbir 8_Ə sinif şagirdlərinin ifasında “Azərbaycan” mahnısi ilə başa çatdı.

    Məktəbin direktoru Sevinc Hüseynova çıxış edərək, qonaqları qarşıdan gələn 31 dekabr Dünya azərbaycanlılarının həmrəylik günü münasibətilə təbrik etmiş və bu əlamətdar günün əhəmiyyətindən, eləcə də xalqımızın birlik və həmrəylik ideyalarının sabahımız və gələcəyimiz sayılan şagirdlərimizə aşılanmasının vacibliyindən söz açmışdır. Həmçinin, 44 günlük Vətən müharibəsində canından keçmiş qəhrəman şəhidlərimizin və qazilərimizin hesabına qarşıdan gələn yeni 2024-cü ili qalib xalqın nümayəndələri kimi qarşılayacağımızdan, ölkəmizin əldə etdiyi uğurlardan danışmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi