Şagirdlər dibçəkdə gül əkməyi öyrəndilər
Məktəbimizin ibtidai sinif müəllimi Həqiqət Nuriyeva rəhbəri olduğu 2_Ç sinfində “Dibçəkdə Gül” layihəsi təşkil etdi. O, şagirdlərə dibçəkdə gül yetişdirməyi öyrətdi. Şagirdlər fərdi olaraq özlərinə məxsus şəkildə dibçəkdə güllər əkdilər. Keçirilən məşğələ böyük maraqla qarşılandı.