“Bitkiləri sevək, təbiəti qoruyaq”
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müvafiq əmrinə əsasən məktəbimizdə “Təbiəti qoruyanlar” layihəsi həyata keçirilir. Təhsilalanların ekoloji maarifləndirilməsi, bu sahə üzrə biliklərinin və tədqiqatçılıq bacarıqlarının artırılması, istedadlı və yaradıcı şagirdlərin aşkara çıxarılması, müəllim-şagird və məktəblilərarası əməkdaşlığın inkişafı, təbiət fənlərinin digər fənlərə inteqrasiyasının təşkili, ətraf mühitin və ekologiyanın mühafizəsi, təbii sərvətlərin qorunması və onlardan səmərəli istifadə edilməsi, müvafiq qlobal problemlərin həllinə dəstək verilməsi məqsədilə məktəbin 2_A sinfində Mirzəyeva Tahirənin rəhbərliyi ilə şagirdlər “Bitkiləri sevək, təbiəti qoruyaq” devizi altında otaq bitkilərinə qulluq göstərdilər. Dibçəkdəki güllərin torpaqını yumşaldaraq, yerlərini dəyişdilər.