Şagirdlər kitabxanada

    Şagirdlərdə mütaliə mədəniyyətini inkişaf etdirmək məqsədi ilə davamlı olaraq məktəbin kitabxanasında şagirdlərlə görüşlər keçirilir. Bu dəfə məktəbin 4_Ç sinif şagirdləri ibtidai sinif müəllimi  Zahirə  Qurbanovanın təşkilatçılığı ilə kitabxana ilə tanış oldular. Kitabxana müdiri Bənövşə Ağayeva şagirdlərə məktəbin kitabxanası haqqında ətraflı məlumat verdi.O, kitabların rəflərdə müəyyən başlıqlarla, əlifba sırası ilə düzülüşünü şagirdlərə izah etdi.Kitabxanada hər bir şagirdin mütaliəsi üçün lazım olan kitabların olduğunu və onların necə əldə edilməsini izah etdi.Şagirdlər başqa şagirdlərin oxuduqları əsərlərə aid çəkdikləri rəsmlərə baxdılar. Bütün bunlar şagirdlərin intelektual tələbatın ödənilməsi üçün mütaliənin sosial zərurətə çevrilməsini şərtləndirən amillərdən biridir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi