Dərs-ekskursiyalar keçirilir

        Məktəbin 5_d sinif şagirdləri biologiya müəllimi Gülnarə Nərimanovanın rəhbərliyi altında dərs-ekskursiyaların keçirilməsi üçün Bakı Zooloji Parkında oldular. BŞTİ-nin müvafiq əmrinə əsasən dərs-ekskursiyaların təşkilində məqsəd şagirdləri canlılar aləmi ilə yaxından tanış etmək, onların mövzuları praktik öyrənməsini təmin etmək, dərsə marağını və Azərbaycanın flora və faunası barədə məlumatlılıq səviyyəsini artırmaqdan ibarətdir. Bakı Zooloji Parkında əsasən həyat bilgisi, biologiya və coğrafiya fənləri üzrə dərslər keçirilir. Dərs-ekskursiyalar “Canlılar aləmi”, “Yer təbiətinin müxtəlifliyi”, “Canlıların müxtəlifliyi”, “Heyvanlar və bitkilər”, “Bitki və heyvanların yaşayış mühiti”, “Azərbaycanın bitki və heyvanlar aləmi”, “Canlıların yaşadığı yerlər” və s. mövzular əsasında təşkil olundu. Dərs-ekskursiyanın gedişində dərsə dair tədqiqat sualları qoyularaq müvafiq tapşırıqlar verildi. Ekskursiyalardan sonra şagirdlərə zoopark və oradakı heyvanlar barədə fikir və təəssüratlarını əks etdirən esse yazmaları və ya təqdimat hazırlamaları tapşırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi