Azərbaycan dili fənnindən nümunəvi dərs
7_D sinif şagirdləri və Azərbaycan dili müəllimi Nigar Səttarlının iştirakı ilə nümunəvi dərs keçirildi. “İdi,imiş köməkçi sözlərinin işlənilməsi” mövzusuna həsr olunan dərsdə şagirdlər maraqlı təqdimatlar etdilər. Şagirdlər mövzu ətrafında müzakirə apardılar. Dərs rəhbərlik tərəfindən maraqla qarşılandı.