Məişət zorakılığına qarşı mübarizə

    Məişət zorakılığı geniş yayılmış problemlərdən biridir. Demək olar ki, əksər ailələrdə o özünü müəyyən formalarda biruzə verir. Məişət zorakılığına qarşı mübarizə bütün cəmiyyətlərdə olduqca mürəkkəb bir problemdir. Ona görə də, məişət zorakılığı və ya ailədə zorakılıq halları yalnız bir ailə üçün deyil, bütünlükdə cəmiyyət üçün təhlükəlidir.

    Bu məqsədlə 27.11.2023-cü il tarixində məktəb psixoloqları tərəfindən IX sinif şagirdləri ilə "Məişət zorakılığı" mövzusunda maarifləndirici seminar keçirilib. Seminarda "Zorakılıq nədir?", "Zorakılığın hansı formaları var?", "Zorakılığa məruz qaldıqda hansı dövlət qurumlarına müraciət etmək lazımdır?" və s. bu kimi suallar çərçivəsində şagirdlərlə qarşılıqlı müzakirələr aparılıb .

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi