Maarifləndirici sorğular
Orta məktəb şagirdlərinin yeniyetməlik dövründə verdikləri qərarları daim dəyişmək meyli onların hansı peşəni seçəcəkləri ilə bağlı qərarlarına da təsir edir. Peşə seçimi ilə bağlı verəcəkləri səhv qərarların həyatlarına necə təsir edəcəyi ilə bağlı real proqnozlar formalaşdırmaqda problem yaşayırlar. Bu səbəbdən də gənclərin peşəyönümlülüyünə uyğun maarifləndirici bələdçilik xidmətlərinə ehtiyacının artdığı görünür. Bu məqsədlə məktəbin peşəyönümü xidmət üzrə koordinatoru V.Sarıyeva və psixoloqları R.Omarova,G.Əliyeva 9-cu sinifdə təhsilalanlarla onların inkişaf xüsusiyyətlərinə uyğun peşəyönümlü fəaliyyətlərin həyata keçirilməsi və şagirdlərin maarifləndirilməsi üçün sorğular keçirdilər.