Kəlbəcərim azaddır!
İkinci Qarabağ müharibəsinin ilk günlərində döyüşlər gedən zaman Kəlbəcərin şimal hissəsi Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğalçılardan azad edildi.
10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata əsasən Kəlbəcər rayonu bir güllə atılmadan Azərbaycana təhvil verildi. Bu bəyanata əsasən Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edilib.
Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 25 noyabr Kəlbəcər şəhəri günü kimi müəyyən olub.
Mövzu ilə əlaqədar məktəbin ibtidai sinif müəllimi Laminə Əmirzadə IIIc sinif şagirdləri ilə nümuməvi dərs keçirdi. İlk öncə şagirdlərə Kəlbəcərin dünəni və bu günü haqqında məlumatlar verdi. Sonra şagirdlər şeirlər söylədilər və sualları cavablandırdılar.