Pedaqoji şuranın növbəti iclası keçirildi
20 noyabr tarixində Pedaqoji şuranın növbəti iclası keçirildi. Məktəbin direktoru Sevinc Hüseynova iclası çıxış sözü ilə açdı, cari tədris ili üçün nəzərdə tutulan hədəf və istiqamətlər barədə çıxış edərək, vacib məsələləri kollektivin nəzərinə çatdırdı. Direktor müavinlərinin hesabatları dinlənildi. Məktəbdaxili qiymətləndirmə, 6 və 9-cu siniflərdə aparılmış monitorinqlərin nəticələri müzakirə olundu. Həmin müzakirələrdən sonra direktor fənnin tədrisi vəziyyətinin yaxşılaşdırılmasına, şagird bacarıqlarının inkişaf etdirilməsinə və eyni zamanda istedadlı şagirdlərin üzə çıxarılmasına dair bir sıra tapşırıqlar verdi. Sonra məktəb psixoloqlarının çıxışları dinlənildi.