17 noyabr-Milli Dirçəliş Günü
Azərbaycanın müstəqilliyinin bərpa olunmasında tarixi rol oynamış 17 noyabr – Milli Dirçəliş Günüdür. Bu münasibətlə noyabrın 14-də məktəb 17 noyabr - Milli Dirçəliş Günü münasibəti ilə "Dəyirmi masa"keçirildi. Tədbir Mehriban Məmmədovanın rəhbərliyi ilə məktəbin 9_Ç sinif şagirdlərinin iştirakı ilə təşkil olunan dəyirmi masada əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, sonra isə Azərbaycan Respublikasının Dövlət Himni səslənib. Aparıcı şagirdlər giriş sözləri ilə bildirdilər ki, bu bayram 1988-ci ilin noyabr-dekabr aylarında Bakıda olan milli azadlıq hadisələri ilə bağlıdır. 1988-ci ilin noyabrın 17-də Bakının əsas meydanı sayılan Azadlıq meydanında Sovet dövlətinin xalqımıza qarşı apardığı antiazərbaycan siyasətinə etiraz əlaməti olaraq Azərbaycan ictimaiyyətinin sonu bilinməyən mitinqi başlandı. Azərbaycan xalqı uzun illər arzusunda olduğu müstəqilliyinə qovuşdu. Öz haqqı, azadlığı və torpaqlarına sahib çıxmaq istəyən xalqımız bu müqəddəs ideallar naminə birlik və bərabərliyini bir daha bütün dünyaya nümayiş etdirdi. Məhz o gündən indiyə qədər 17 noyabr azadlığı uğrunda minlərlə şəhid vermiş Azərbaycan xalqının birliyini təcəssüm etdirən mühüm bir tarixi gün kimi qeyd olunur.