Şəhid ailələri ziyarət edildi
Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi yad edildi.
Məktəbin direktoru Sevinc Hüseynova ,məktəbin müəllim və şagird kollektivinin iştirakı ilə şəhid məzunlarımız Mixail Həmidovun,Murad Məmmədovun,Fərhad Babayevin ailələrini ziyarət etdilər. Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi və şəhid ailələrinin hörmət və ehtiramla yad edilməsi məqsədilə təşkil olunan ziyarətdə məktəblilər şəhidlərin ailə üzvlərinin hər biri ilə tanış olmaq,onlardan şəhidlər haqqında xatirələri eşitmək arzusunda olduqlarını bildirdilər.
Ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi daim əziz tutulur. Ruhunuz şad olsun!