"Zəfərlə dalğalanan üçrəngli bayrağım" adlı tədbir

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ''27 sentyabr Anım Günü və 8 noyabr Zəfər Günü'' ilə bağlı Tədbirlər Planının təsdiq edilməsi barədə 08.09.2021-ci il tarixli F -191 nömrəli əmrinin icrasını təmin etmək məqsədilə məktəbin tədbirlər planına müvafiq olaraq "Zəfərlə dalğalanan üçrəngli bayrağım"adlı ədəbi-bədii gecə təşkil edildi. 
 Tədbirdə məktəb rəhbərliyi, müəllimlər, valideynlər və şagirdlər iştirak edirdilər. 
 Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Daha sonra şəhidlərin əziz xatirələri bir dəqiqəlik sükutla yad edildi.  
 Tədbir rəqslər, vətənpərvərlik mövzusunda şeirlərlə, səhnəciklərlə davam etdirildi. 
Şagirdlərin təqdimatlarından  sonra məktəbin direktoru Sevinc Hüseynova çıxış edərək "Hər birimiz bu tarixi qələbəni bizə yaşadan Müzəffər Ali Baş Komandanımıza və Ordumuza borcluyuq.Vətən naminə canlarından keçən şəhidlərimizin əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır" söylədi.
 Tədbirin sonunda xatirə şəkli çəkildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi