"Yaradıcı müəllim: fəndaxili və fənlərarası inteqrasiya" mövzusunda təqdimat müsabiqəsi
Ümumi təhsilin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması ilə bağlı aktual məsələlərə diqqəti artırmaq, təhsil işçilərinin bu barədə rəy və mülahizələrini öyrənmək, yaradıcı müəllimləri aşkara çıxarmaq və qabaqcıl təcrübə nümunələrini təbliğ etmək məqsədi ilə BŞTİ-nin 26.09.2023-cü il tarixli 3-29-59/3-2-321F/2023 nömrəli əmri ilə keçirilən "Yaradıcı müəllim: fəndaxili və fənlərarası inteqrasiya" təqdimat müsabiqəsinin məktəb turu təşkil edildi. Müsabiqəyə öz yaradıcı işini təqdim etmək istəyən müəllimlərin tezisləri məktəbin direktoru Sevinc Hüseynova, təşkilatçısı Vəfa Sarıyevanın iştirakı ilə dinlənildi. Tezislər və təqdimatlar detallı şəkildə gözdən keçirildi. Meyarlara uyğun hesab edilən novator, kreativ işlər şəhər mərhələsində iştirak üçün istiqamətləndirildi.