"Ailəm və məktəbim" layihəsi çərçivəsində valideynlərlə görüşlər keçirilir
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin F-145 əmrinin icrasını təmin etmək məqsədilə məktəbdə "Ailəm və məktəbim" layihəsi əmrə əlavə olunmuş Tədbirlər Planına uyğun həyata keçirilir. Ailə-məktəb münasibətlərinin sağlam pedaqoji, psixoloji əsaslar üzərində, qarşılıqlı hörmət və əməkdaşlıq əsasında qurulması, şagirdlərin bilik və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə valideynlərlə görüş təşkil olundu. Görüşdə "Ailəm və məktəbim" layihəsi haqqında məlumat verdi və valideynlərə dərs prosesinin izlənməsi, şagirdlərin nailiyyətləri, davranışları, dərsə davamiyyətləri, intellektual səviyyəsinin yüksəldilməsi yolu ilə şagirdlərin dünyagörüşlərinin təkmilləşdirilməsi, yeniyetmələrlə düzgün ünsiyyət, şagirdlərdə peşəyönümü işinin təşkili ilə bağlı söhbət apardı. Məktəbin psixoloqları valideynlərlə görüşdə “yeniyetmələrlə düzgün ünsiyyət” yollarını müzakirə etdi. Onlara öz övladlarına yanaşma yollarınıda düzgün istiqamətlərdə tövsiyyələr verdi.