“Olimpiya Hərəkatı - 2017”

24 yanvar 2017-ci il tarixində məktəbimizdə “Olimpiya Hərəkatı - 2017” layihəsi çərçivəsində məktəbdaxili basketbol yarışı keçirildi. Musiqi sədaları altında yarışmaya “start” verildi. Açılış mərasimində məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavin Zeynalov Nazım və Rəsulova Nazpəri iştirak etdilər. Nazim müəllim çıxış edərək direktor adından uşaqlara uğurlar dilədi və bu yarışın davamlı olmasını arzuladı. Açılış mərasimində bədii gimnastika üzrə idmançılarımız çıxışlar etdilər. Yarışma zamanı məktəbimizin musiqi kollektivi də bu tədbirdə yaxından iştirak etdi və qonaqları əyləndirdilər. Basketbol oyunu üzrə siniflər arası yarışma keçirildi. Yarışda 6, 7, 8, 9, 10-cu siflər iştirak etdilər. Yarışın sonunda I yeri 7-ci sinif, II yeri 9 -10-cu sinif, III yeri 8-ci sinif tutdu. Yer tutan idmançılara diplomlar təqdim edildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi