Valideyn iclasları keçirilir

            Yuxarı sinif şagirdlərinin valideynləri ilə iclaslar keçirilir. Məktəbin direktoru Sevinc Hüseynova məktəbin 9-11-ci sinif valideynləri ilə keçirilən görüşlərin məqsədi yeni dərs ilinin başlanması ilə əlaqədar olaraq təhsil və təlimlə bağlı məsələləri valideynlərin nəzərinə çatdırmaqdır. Tədrisin daha da uğurlu olması üçün valideynlərin qarşısında dayanan vəzifələr müzakirə olundu. İclasın gündəliyində aşağıdakı əsas məsələlər qoyulmuşdur:

1. Yeni dərs ilində qarşıda duran ümumi vəzifələr.

2. İl ərzində şagirdlərlə təhsilin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə aparılacaq işlər haqqında.

3. Uşaqların təlim-tərbiyəsində valideynlərin məsuliyyətinin artırılması.

4. Məktəb və ailənin vahid tələbkarlığı baxımından sinif rəhbərləri və valideynlər tərəfindən təlim müvəffəqiyyətinin şagird gündəliklərində izlənilməsi.

5. Şagirdlərin dərsə davamiyyəti, dərsdən qalma, dərsə gecikmə və dərsdən yayınma hallarının qarşısını almaq məqsədilə nizam-intizamın,vahid məktəbli formasının və məktəb əmlakının qorunmasının nəzarət altında saxlanılması. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi