Xalq Şairi Səməd Vurğunun doğum günü
21 mart- bahar təravətli şeirlərini bütün azərbaycanlıların əzbər bildiyi Azərbaycanın ilk Xalq Şairi Səməd Vurğunun doğum günüdür. Baharın ilk günündə, Qazax rayonunda dünyaya göz açan böyük şairin anadan olmasından 117 il keçir. "Dəyərlərimizi qoruyaq" layihəsinə uyğun olaraq məktəbdə keçirilən tədbirdə rus bölməsində təhsil alan şagirdlər şairin həyat və yaradıcılığı haqqında məlumat verdilər, əsələrindən parçalar səsləndirdilər.