1 Mart Ümumdünya Mülki Müdafiə Günüdür
1 Mart bütün dünyada Ümumdünya Mülki Müdafiə Günü kimi qeyd olunur. Bu tarix 1 mart 1972-ci il də Beynəlxalq Mülki Müdafiə Təşkilatının yaradılması şərəfinə qeyd edilir. Beynəlxalq Mülki Müdafiə Təşkilatının qərarı ilə elan olunan bu gün bütün qitələrdə kütləvi humanitar tədbir kimi qeyd edilir. Azərbaycan bu nüfuzlu beynəlxalq təşkilatın tərkibinə 1993-cü ildə daxil olub.
Məktəbin Fəaliyyət planına uyğun olaraq Mülki Müdafiə Günü ilə əlaqədar hərbi rəhbər Səbuhi Hüseynovun rəhbərliyi ilə şagirdlərlə maarifləndirici söhbətlər aparıldı, videoçarxlar nümayiş etdirildi.