Ulu Öndərin əziz xatirəsi yad edildi

        Məktəbimdə Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycanın qurucusu və memarı Ulu Öndərimiz Heydər Əliyevin anım gününə həsr olunmuş silsilə tədbirlər keçirilir. Bu tədbirlərdən biri məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi  Şahpəri Məmmədovanın təşkilatçılığı ilə keçirilən tədbirdə məktəbimizin direktoru Məlahət xanım Əliyeva, məktəbimizin müəllim və şagird kollektivi iştirak edirdilər. Azərbaycanın Dövlət Himni səsləndirildikdən sonra tədbir iştirakçıları Ulu Öndərin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Dünya şöhrətli siyasətçinin həyatı və siyasi fəaliyyətindən söhbət açdılar, söylədikləri şeirlərdə ölməz liderə öz məhəbbət və hörmətlərini ifadə etdilər. Şagirdlər Ulu öndərin həyatı və fəaliyyəti haqqında geniş məlumat verdilər. Ulu Öndərə həsr olunan mahnıları ifa etdilər,videoçarxı izlədilər. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi