Ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş ədəbi-bədii kompozisiya

    Məktəbimizin akt zalında Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycanın qurucusu və memarı Ulu Öndərimiz Heydər Əliyevin anım gününə həsr olunmuş ədəbi-bədii kompozisiya keçirildi. Tədbirdə məktəbimizin direktoru Məlahət xanım Əliyeva, məktəbimizin müəllim və şagird kollektivi iştirak etdilər. Azərbaycanın Dövlət Himni səsləndirildikdən sonra tədbir iştirakçıları Ulu  Öndərin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Dünya şöhrətli siyasətçinin həyatı və siyasi fəaliyyətindən söhbət açdılar, söylədikləri şeirlərdə ölməz liderə öz məhəbbət və hörmətlərini ifadə etdilər. Şagirdlər Ulu öndərin həyatı və fəaliyyəti haqqında geniş məlumat verdilər. Ulu Öndərə həsr olunan mahnıları ifa etdilər,videoçarxı izlədilər. Tədbir məktəbimizin direktoru Məlahət xanım Əliyevanın çıxışı ilə yekunlaşdı. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi