Uşaqların zərərli informasiyadan qorunması üçün görüşlər
İnformasiya texnologiyaları artıq gündəlik həyatımızın tərkib hissəsinə çevrilib. Müasir dövrdə rəqəmsallaşma həyatımızda xüsusi yer alaraq, bir tendensiyaya çevrilmişdir. Uşaqların da internetdən mütəmadi şəkildə istifadə etdiyini nəzərə alaraq məktəbin psixoloqları,təşkilatçısı və UBTR “Uşaqların zərərli informasiyalardan qorunması” mövzusunda maarifləndirici görüşlər keçirdilər. Uşaqların yaşlarına uyğun məlumatları əldə edə bilməsi, lakin zərərli kontentdən uzaq qalması üçün provayderlər tərəfindən təklif olunan “informasiyanın filtrlənməsi” xidmətindən istifadə olunmalıdır. Və bu sahədə bir çox layihələr həyata keçirilir. Bunlardan biri də BMT-nin Uşaq Hüquqları Komitəsinin tövsiyələrinə əsasən, Komitənin təşəbbüsü ilə “Uşaqların internet təhlükəsizliyi” layihəsi çərçivəsində hazırlanan “Kidsafe” proqramıdır. Proqram təminatı uşaqların internet məkanında müdafiəsinə, valideynlərin uşaqların daxil olduğu elektron səhifələri və sorğuları haqqında məlumatlandırılmasına xidmət edir. Görüşlər interaktiv şəkildə şagirdlərlə müzakirələrin aparılması ilə davam etmişdir.