Zərərli vərdişlərin insan həyatına mənfi təsiri
Gənc nəsildə narkomanlıq və zərərli vərdişlər haqqında düzgün təsəvvürlərin yaradılması, müasir cəmiyyətdə sağlam düşüncəli gənclərin formalaşdırılması məqsədilə məktəbin psixoloqlarının təçkilatçılığı ilə "Zərərli vərdişlərin insan həyatına mənfi təsiri" mövzusunda maarifləndirici görüş keçirilib. Görüşdə məktəbin VII-IX sinif şagirdləri iştirak edib. Şagirdlər zərərli vərdişlərin düzgün anlaşılması, onların insan həyatına mənfi təsiri, həmçinin onlardan yayınmağın yolları mövzusunda məlumatlar səsləndiriblər.