Milli Dirçəliş Gününə həsr olunmuş “Dəyirmi masa"

     Məktəblilərdə vətənpərvərlik tərbiyəsi işinin səmərəliliyinin artırılması, şagirdlərin Vətən Müharibəsində qazandığımız şanlı qələbə və ərazi bütövlüyümüzün bərpası naminə atılmış addımlar haqqında daha geniş məlumatlandırılması, onların azərbaycançılıq məfkurəsi əsasında tərbiyə edilməsi məqsədilə 17 noyabr Milli Dirçəliş Gününə həsr olunmuş “Dəyirmi masa" keçirildi. Tədbirdə şagirdlər müstəqilliyimizin birinci və ikinci tarixi haqqında geniş məlumatlar verdilər. Əbədi liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə bağlı ətraflı çıxışlar dinlənildi. Tədbirdə məktəbin tarix müəllimləri Məlahət xanım Əliyeva çıxış edərək "Xalqımızın azadlıq mübarizəsinin əsas mərhələlərindən birini təşkil edən 17 Noyabr – Milli Dirçəliş Günü Azərbaycanın müstəqilliyinin bərpa edilməsində tarixi rol oynamışdır" söylədilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi