Zəfər sənə çox yaraşır, Odlar yurdu Azərbaycan!
Məktəb kollektivi bu gün ən gözəl,ən qürurlu bayramlardan biri olan Zəfər bayramının sevincini yaşayırdı.Hər birimizin illərdir gözlədiyi tarixi qələbənin ikinci ildönümündən bizləri sayılı günlər ayırır.
Zəfər bayramı münasibətilə məktəbdə keçirilən tədbir Azərbaycan Dövlət Himninin oxunması ilə başladı. Daha sonra şəhidlərin əziz xatirələri bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə şagirdlər qələbəyə həsr olunan şeirlər söylədilər,mahnılar ifa etdilər və eyni zamanda "Bayraq"rəqsini nümayiş etdirdilər.Məktəbin direktoru Məlahət Əliyeva hamını bu bayram münasibətilə təbrik etdi,qazanılan tarixi qələbəyə görə Ölkə başçısı cənab Ali Baş Komandana,müzəffər ordumuza hər zaman borclu olduğumuzu bildirdi.