"Zəfər tarixi" konfransı

"Zəfər tarixi" konfransının keçirilməsi barədə Bakı şəhəri üzrə Təhsil İdarəsinin 18.04.2022-ci il tarixli, f-146 nömrəli əmrinin icrası məqsədi ilə məktəbin akt zalında “Zəfər tarixi” adlı konfrans keçirildi. Məqsəd şagirdlərin Zəfər tariximiz barədə məlumatlandırılması, Azərbaycanın ərazi bütövlüyü uğrunda şücaət göstərərək şəhidlik zirvəsinə ucalmış oğullarımızın şagirdlər arasında tanıdılması, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsi və IX siniflər də tədris olunan “Zəfər tarixi” dərslərinin tədrisinin effektivliyini artırmaqdır. Konfrans IX sinif şagirdlərinin tarix müəllimləri və məktəbin direktoru Məlahət Əliyevanın iştirakı ilə keçirildi. Konfrans Dövlət Himninin oxunması ilə başladı. Vətən uğrunda şəhidlik zirvəsinə ucalan igid oğullarımızın xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Tədbirdə şagirdlər işğaldan azad olunmuş torpaqların tarixi, coğrafi mövqeyi, flora və faunası, mədəniyyəti, tanınmış şəxsiyyətlər haqqında geniş məlumat əldə etdilər. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi, rəşadətli ordumuzun, şəhidlərimizin, qazilərimizin və xalqın birliyi hesabına 44 günlük Vətən müharibəsində qazanılan Zəfər şagirdlərdə milli qürur, milli iftixar hissi yaşatmışdır. Konfransda çıxış edən Məlahət Əliyeva şagirdlərə Zəfər tariximiz haqqında məlumat vermiş, bu Zəfəri bizə yaşadanlara təşəkkürünü bildirmişdir.