Məktəb kitabxanasında "Əhməd Cavad-130" mövzusunda tədbir

    Əhməd Cavad istiqlal şairi kimi özünəməxsus dəst-xətti ilə seçilən, müstəsna mövqeyə malik söz ustadlarındandır. O, daimi ictimai-siyasi hadisələrin qaynar nöqtələrində olub,dövrün parlaq şəxsiyyətləri sırasında ağır represiyalara məruz qalaraq, sovet tatalitarizminin qurbanına çevrilib.

    Məktəbin kitabxanaçısı Şamama Həsənova,ədəbiyyat müəllimi Cəmilə Rüstəmova məktəbin kitabxanasında "Əhməd Cavad-130" mövzusunda tədbir keçirdilər. Tədbirdə çıxış edən "Kiçik akademiya"nın fəal üzvləri olan 8a sinfinin şagirdləri milli istiqlal şairi Əhməd Cavadın həyat və yaradıcılığı, çoxcəhətli fəaliyyəti haqqında məlumat verərək şeirlər söylədilər. Ədəbiyyat müəllimi Ə.Cavadı böyük şair, maarifçi və ictimai xadim kimi xarakterizə edərək Əhməd Cavadın Vətəninə, elinə, bütövlükdə Türk dünyasına bağlı əsl mücahid olduğunu vurğuladı. Bu səbəbdən də Vətən sevdalı şair amansız 1937-ci il repressiyasının qurbanı oldu.

    Onlar çıxışlarında Azərbaycan Respublikası Prezidentini 2022-ci il aprelin 20-də "Əhməd Cavadın130 illiyinin qeyd edilməsi" haqqında sərəncam imzaladığını diqqətə çəkərək bildirdilər ki, bu tədbir "Tədbirlər planına" uyğun olaraq keçirilir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi