Tütün məmulatlarının və narkomaniyanın insan həyatına vurduğu zərər haqqında maarifləndirmə işi

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 58 nömrəli 06.08.2018-ci il tarixli əmrinə və məktəbin Fəaliyyət planına əsasən şagirdlər arasında "Tütün məhsullarının insan həyatına vurduğu zərər" və "Narkomaniyanın fəsadları" haqqında maarifləndirmə işi aparıldı. Maarifləndirmə işinin aparılmasında məqsəd tütün məhsullarının və narkomaniyanın uşaqların orqanizminə vurduğu zərər haqqında biliklərin əldə edilməsi idi.