“ZƏFƏR – 44” yaradıcılıq turnirində qalib olan şagirdimiz

Məktəbin 11_c sinif şagirdi Səfərova Fidan "Zəfər-44"uşaq rəsm yaradıcılıq turnirinin yekun sərgisinin iştirakçısı oldu.O, 500-dən çox iştirakçı arasından seçilərək 44 nəfərdən biri oldu. Məktəbin direktoru Məlahət Əliyeva Fidanı ürəkdən təbrik etdi,ona Fəxri fərman təqdim edərək yeni nailiyyətlər arzuladı.
Qeyd edək ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Xətai Rayon İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə keçirilən Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan ordusunun Vətən Müharibəsində qazandığı möhtəşəm tarixi zəfərə həsr olunmuş “ZƏFƏR – 44” yaradıcılıq turnirində 500-dən çox yeniyetmə və gənc iştirak etmişdi və təyin olunan seçim heyəti ərsəyə gələn əsərlərin arasından 44 günlük zəfərin şərəfinə 44 əsər sərgilənmək üçün seçmişdir.