"Müəllimlərin İntellekt Kuboku"

05 oktyabr Müəllimlər günü münasibəti ilə Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) və "3 sual.az" platformasının təşkilatçılığı ilə "Müəllimlərin İntellekt Kuboku" keçirilmişdir. "Nə?Harada?Nə zaman?" formatında keçirilən turnirdə müəllimlər 4-6 nəfərlik komandalarla iştirak etmişdilər. Bu turnirdə məktəbi "Xarıbülbül" adlı komanda ilə məktəbimizin gənc müəllimləri təmsil etmişdilər. İki hissədən ibarət olan intellektual yarışda komandamiz fəal iştirak edərək sertifikatla təltif olunmuşdur.