V-VIII sinif şagirdlərinin valideynləri ilə görüş
"Ailəm və məktəbin" layihəsi çərçivəsində P.İsmayılov adına 278 nömrəli tam orta məktəbin akt zalında V-VIII sinif şagirdlərinin valideynləri ilə görüş keçirildi.Məktəbin direktoru Məlahət Əliyevanın təşəbbüsü ilə məktəbin fəaliyyət planına uyğun olaraq keçirilən görüşün məqsədi onları məktəbin 2021-2022-ci tədris ilində qazandığı nailiyətləri ilə tanış etmək və eyni zamanda cari tədris ilində qarşıda duran vəzifələr barədə məlumatlandırmaq idi. Görüşdə valideynlərin təklifləri dinlənildi, sualları cavablandırıldı.