Bilik yarışında Xarıbülbül növbəti mərhələyə keçdi

    26.09.2022-ci il tarixində Suraxanı rayon Gənclər Evində Suraxanı Rayon İcra Hakimiyyətinin, Suraxanı Rayon Gənclər və İdman İdarəsinin və “Suraxanı Gənclər Evi” sosial xidmət müəssisəsin birgə təşkilatçılığı ilə rayon tam orta məktəblərinin VIII sinif şagirdləri arasında 27 sentyabr – “Anım Günü”nə həsr olunmuş “Qarabağ Azərbaycandır”-“İşğaldan azad olunmuş torpaqlarımız” adlı bilik yarışının birinci mərhələsi keçirilmişdir. Yarışın məqsədi “27 sentyabr – Anım günü”nün qeyd edilməsi, Qarabağ döyüşlərində qəhrəmanlıq göstərmiş vətən oğullarının tanıdılması, böyüməkdə olan gənc nəslə doğma vətənə sevgi, məhəbbət hisslərinin aşılanması, onlar arasında milli vətənpərvərlik ruhunun təbliğ oluması, ordumuzun möhtəşəm qələbələrinin əks etdirilməsi, işğaldan azad olmuş şəhər və qəsəbələrimizin yeniyetmə və gənclərimiz tərəfindən tanınması, yeniyetmə və gənclərimizdə mübarizə və qələbə əzminin yüksəldilməsidir. Torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olan Şəhidlərimizin ruhunun 1 dəqiqəlik sükutla yad edilməsi ilə bilik yarışına start verilmişdir. Yarışın birinci mərhələsində 13 məktəb, ümumilikdə 65 şagird iştirak etmişdir. Gərgin və maraqlı keçən yarışın finalına 104, 280, 278 və 232 nömrəli məktəblər vəsiqə qazanmışdılar. Qeyd etmək lazımdı ki, 27.09.2022-ci il tarixində saat 11:00-da bilik yarışının ikinci mərhələsi keçiriləcəkdir. Finala çıxan komandaları təbrik edirik və bütün komandalara uğurlar arzulayırıq!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi