İnşa müsabiqəsində birinci yerin qalibi
Suraxanı rayon Gənclər Evində Suraxanı Rayon İcra Hakimiyyətinin, Suraxanı Rayon Gənclər və İdman İdarəsinin və “Suraxanı Gənclər Evi” sosial xidmət müəssisəsin birgə təşkilatçılığı ilə rayon tam orta məktəbləri arasında 27 sentyabr – “Anım Günü”nə həsr olunmuş inşa yazı müsabiqəsi keçirildi. Yarışma torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olan Şəhidlərimizin ruhunun 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanılmışdır. Tədbirdə Suraxanı Rayonu İcra Hakimiyyətinin aparat strukturunun ictimai-siyasi və humanitar məsələlər şöbəsinin şöbə müdiri Sevinc Ağayeva, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri iştorak edirdi.Məktəbdə fəaliyyət göstərən "Kiçik akademiya"nın fəal üzvlərindən olan 11 D sinif şagirdi Mehdi Nəzrin inşa yazı müsabiqəsində I YERİN qalibi oldu.Onu məktəb rəhbərliyi və pedaqoji kollektivi ürəkdən təbrik edir.