Valideynlərlə görüş keçirildi
Sentyabrın 30-da P.İsmayılov adına 278 nömrəli tam orta məktəbin direktoru Məlahət Əliyevanın rəhbərliyi ilə valideynlərlə görüş keçirildi. İlk öncə bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra təlim-tərbiyə prosesi, şagirdlərin nizam-intizam qaydaları, dərsə davamiyyət, gecikmə halları haqqında geniş məlumat verildi. Məktəbin nizam-intizam qaydalarına riayət etməyin hər bir şagirdin borcu olduğu, keyfiyyətli təhsilin təməlinin təlim tərbiyədən başlandığı söylənildi. Sonda valideynlərin sualları cavablandırıldı, rəy və təklifləri dinlənildi.