Kazımlı Mürsəl Kamil oğlunun adının əbədiləşdirilməsi məqsədilə inşa edilən abidə kompleksi

    İyunun 7-də Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yeni Günəşli "V" yaşayış sahəsində Vətən müharibəsində Azərbaycanın zəfər tarixini qanı ilə yazan oğullarımızdan biri Kazımlı Mürsəl Kamil oğlunun adının əbədiləşdirilməsi məqsədilə Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən inşa edilmiş abidə kompleksinin açılış mərasimi keçirilib.

    Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, RİHB-nin müavinləri və şöbə müdirləri, Qaraçuxur qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi, bələdiyyə sədri, Azərbaycan Dövlət İqtisad Universitetinin dekanı Hafiz Hacıyev, 2 nömrəli Bakı Baza Tibb Kollecinin direktoru Dilarə Məmmədəliyeva, Şəhid Ailələrinin Müdafiə Cəmiyyətinin sədri, Suraxanı rayon Veteranlar Şurasının sədri, Suraxanı Rayon Gənclər və İdman İdarəsinin rəisi, Şəhid ailələri və digər qonaqlar iştirak etmişlər. Dövlət himninin səsləndirilməsi və Şəhidlərimizin ruhunun 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanan tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək 30 illik işğal altında olan torpaqlarımızın Ali Baş Komandanın rəhbərliyi ilə Müzəffər Ordumuz tərəfindən 44 gündə azad edilməsinin tarixi əhəmiyyətindən, igid vətən oğullarımızın qəhrəmanlıqlarından danışaraq bildirmişdir ki, dövlət başçımız cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa diqqəti və qayğısı sayəsində dövlətimiz tərəfindən hər bir şəhidin Vətən naminə xidmətləri yüksək qiymətləndirilir, xatirələri əbədiləşdirilir. Həmçinin, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov və digər qonaqlar çıxış edərək Şəhidimizə Allah rəhmət diləmiş, tarixi qələbənin Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə belə igid, vətənpərvər oğullarımızın qanı bahasına qazandığımızı bir daha vurğulamışlar.

    Daha sonra rayon rəhbərliyinin və Şəhidin ailə üzvlərinin iştirakı ilə abidə kompleksinin açılışı keçirilmiş, eyni zamanda Şəhidin məzun olduğu P.İsmayılov adına 278 saylı tam orta məktəbin şagird kollektivinin təqdimatında şerlər səsləndirilmişdir.

#Suraxanı #VətənMüharibəsi #Qələbə #Zəfər #AliBaşKomandan #MüzəffərOrdu #SilahlıQüvvələr #QarabağAzərbaycandır #ŞəhidlərÖlməzVətənBölünməz

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi