Azərbaycanın xalq artisti,şöhrət ordenli teatr və kino aktyoru Nurəddin Mehdixanlı ilə görüş

        3 iyun 2022-ci il tarixində P.ismayılov adına 278 nömrəli tam orta məktəb və 4 saylı Bakı ASAN xidmət mərkəzi, “ASAN könüllüləri” Təşkilatının dəstəyi ilə “Milli mənəvi dəyərlər” layihəsi çərçivəsində görkəmli teatr və kino aktyoru, Xalq artisti Nurəddin Mehdixanlı ilə görüş keçirildi. Görüşü giriş sözü ilə açan məktəbin direktoru Məlahət Əliyeva hamını salamladı və dəyərli vaxtını ayırıb görüşə gəldiyinə görə aktyora minnətdarlığını bildirdi. Görüşdə eyni zamanda YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman müəllim də iştirak edirdi. Görüşdə “Səhnə ustalığı” mövzusunda müzakirələr aparıldı, Azərbaycanda teatr sahəsinin inkişafı istiqamətində görülən işlərdən danışıldı. N.Mehdixanlı ölkəmizdə mədəniyyətə, incəsənət xadimlərinə göstərilən dövlət qayğısından bəhs edərək, Azərbaycanda teatr tarixindən, teatr sənətindən söhbət açdı. Sonda N.Mehdixanlı ona təqdim olunan sualları cavablandırdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi